Cadenza Orkestri VI Beynəlxalq Musiqi Festivalında konsert proqramı ilə çıxış etdi

Cadenza Orkestri VI Beynəlxalq Musiqi Festivalında konsert proqramı ilə çıxış etdi
22 iyun 2023
# 13:50

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 4-cü günündə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Cadenza Orkestri (Cadenza Contemporary Orchestra) çıxış edib.

Kulis.az xəbər verir ki, konsertdən əvvəl müsahibə verən Cadenza Orkestrinin bədii rəhbəri, bəstəkar Türkər Qasımzadə bugünkü konsertin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutduğunu qeyd edib: “Bugünkü tədbirin fokusu – Azərbaycan bəstəkarlarının əsərlərində muğam fenomenidir. Bu səbəbdən konsertin Muğam festivalı ilə xüsusi bağlılığı var. Tədbirin daha bir özəlliyə ondan ibarətdir ki, gecədə çağdaş musiqiyə üstünlük verilib. Konsertdə Aydın Əzimovun, Cavanşir Quliyevin, Tahir İbişovun, Elmin Mirzəyevin, Firudin Allahverdiyevin əsərləri səslənəcək. Gecədə milli alətlərimizlə birgə Qərbi Avropa alətlərində də ifalar olacaq”.

Kollektivin bədii rəhbəri Muğam Mərkəzinin foyesində “Abşeron illüziyaları” adlı instalyasiya təqdim edildiyini söyləyib. “Bu instalyasiya bir bəstəkarın, müəllifin təxəyyülüdür: xəyalımızdakı Abşeron necə olmalıdır və ya necə ola bilərdi? Bunu dinləyicilərimizə səs instalyasiyası şəklində təqdim etdik”, - deyə T.Qasımzadə əlavə edib.

Gecə çağdaş Azərbaycan və dünya musiqisinin sintezi üzərində qurulub. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

Cadenza Orkestri iki istiqamət üzrə fəaliyyət göstərir: musiqi maarifçiliyi və məşhur beynəlxalq musiqi festivalları və mərkəzləri ilə yaradıcılıq əlaqələrinin yaradılması və bununla da Azərbaycan musiqisinin təbliği.

Daş Salnamə Muzeyində isə “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində özbək milli klassik musiqi ənənəsini davam etdirən müğənni və musiqiçi İlyos Arabov və Tacik dövlət ansamblının solisti, 5-ci Beynəlxalq Muğam Festivalında solo ifa nominasiyası üzrə laureat Sardor Soliyev çıxış ediblər.

Daha bir konsert Azərbaycan Milli Konservatoriyasında təqdim edilib. Səhnəyə İordaniyanın tanınmış vokalçısı Macadi Nahhas və caz pianoçusu Tural Rafael çıxıblar.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

AZƏRTAC

# 1710 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər