Bolqarıstanda Azərbaycan mədəniyyəti təqdim olunur

Bolqarıstanda Azərbaycan mədəniyyəti təqdim olunur
5 sentyabr 2023
# 16:11

Sentyabrın ilk günlərində Bolqarıstanın qədim şəhərlərindən biri olan Küstendildə ənənəvi olaraq “Struma səhnələri” beynəlxalq festivalı keçirilir.

Kulis.az xəbər verir ki, Küstendil meriyası, “Presto” musiqi evi və “Bratstvo 1869” icma mərkəzinin təşkilatçılığı ilə keçirilən festival çərçivəsində Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən “Azərbaycan – yaxın və kəşf edilməmiş” adlı fotosərgi açılıb. Yeddi günlük festivalda, həmçinin Bolqarıstan, Yunanıstan, Avstriya, İsveçrə, Çin, Marokko, Efiopiya və digər ölkələrin nümayəndələri iştirak edirlər.

Açılış mərasimində çıxış edən festivalın direktoru Nadejda Dimitrova bu cür mədəni tədbirlərin region üçün vacibliyini vurğulayıb.

Sərginin açılışında Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska çıxış edərək cari il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin isə 10 illiyinin qeyd edildiyini bildirib. Sərginin bu mühüm yubileylərə həsr edildiyini diqqətə çatdırıb.

Sonra mərkəz direktoru sərgidə nümayiş olunan fotolar barədə məlumat verərək bu şəkillərin 2013-cü ildən Azərbaycanda yaşayan peşəkar bolqar fotoqraf və yazıçı Aureliya Nəsirova tərəfindən çəkildiyini, onun əsərlərinin bir sıra beynəlxalq müsabiqəsində yer aldığını qeyd edib.

Açılış mərasimində Sofiya Universitetinin Türkologiya ixtisasının tələbəsi Melisa Ramadan milli geyimdə Azərbaycan rəqsini ifa edib.

Qeyd edək ki, sentyabrın 9-dək davam edəcək və Bolqarıstanın ictimai və mədəni həyatında gözəl mədəni hadisəyə çevrilən “Struma səhnələri” Beynəlxalq Festivalı Küstendil şəhərinin sakinləri və qonaqlarına Azərbaycan təbiətini və mədəniyyətini “Bratstvo 1869” icma mərkəzində festivaldan sonra da nümayiş etdirəcək.

# 2615 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər