Biz nə tövr iş görürürk? - Üzeyir Hacıbəyovun felyetonu

Üzeyir Hacıbəyov

Üzeyir Hacıbəyov

23 noyabr 2022
# 10:40

Bu gün dahi bəstəkar, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəyovun anım günüdür. Kulis.az bu münasibətlər bəstəkarın "Biz nə tövr iş görürük?" adlı yazısını təqdim edir.

Biz iş görmәk istәdikdә bir şeyi yadımızdan çıxardırıq.

O şey nәdir?

O şey nәrdivandır!

Necә yәni nәrdivan? Nәrdivan nәdir?

Nәrdivan bir alәtdir ki, onun vasitәsilә adam tәdriclә yuxarı çıxa bilәr. Hәr kәs nәrdivansız yuxarı çıxmaq istәsә, elә yıxılar ki, tәpәsi dağılar.
Bu belә! Bundan başqa, bir dә biz hәmişә başımızdan yekә iş görürük.

Amma bunun sәbәbi var. Sәbәbi dә budur:

Qonşularımız siçan boyda işlәr gördükdә biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşәk boyda işlәr görmәyә üz qoydular, biz yenә yatmışdıq. Qonşularımızın eşşәk boyda olan işi, irәlilәyib camış yekәlikdә oldu, amma biz yatmışdıq. Vә camış dönüb dәvә olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nә vaxt ki, qonşularımız fil boyda işlәr görmәyә başladılar.

Qәrәz, gözümüzü ovxalayıb dedik ki, nә var? Biz dә o boyda işlәr görә bilәrik vә başladıq fil boyda işlәr görmәyә.

Axırı nә oldu?

Axırı belә oldu:

Filin bir ayağını qayırmamış yoruluruq vә durub qaçırıq. Sonra utanırıq, deyirik, gәlin tәzәdәn başlayaq, ancaq burasını iqrar elәyirik ki, filә gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildәn balaca nәdir? Әlbәttә, dәvә. Qәrar qoyuruq ki, dәvә boyda qayıraq, başlayırıq. Amma yenә dәvәnin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenә yığılırıq deyirik ki, dәvә iridir, ondan balacasını başlayaq. Ondan balaca nәdir?

Camışdır. Başlayırıq camış boyda iş görmәyә, lakin camışa da gücümüz çatmır. Aşağa enirik (halbuki qonşular fildәn yuxarı çıxırlar.) Deyirik ki, eşşәk boyda iş görmәk, amma eşşәk dә bizә güc elәyir. Tuturuq keçini. Görürük yox, keçiyә dә tab gәtirә bilmirik. Onda mәslәhәti qoyuruq siçan üstünә.

Amma onda da görürsәn ki, içimizdәn bir pişik çıxdı vә siçanı yedi!...

Biz belә iş görürük.

# 2552 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər