Bəlkə, gedək çayçı işləyək? - Aqil Abbas yazır...

Aqil Abbas, yazıçı

Aqil Abbas, yazıçı

7 iyun 2023
# 12:25

Bugünlərdə İçərişəhərdə «Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun təşkilatçılığı ilə gözəl bir kitab sərgisi keçirilib. Müxtəlif nəşriyyatlar öz kitab matahlarını satışa çıxarmışdılar. Deyirlər, dünyada kitab qədər qiymətli heç nə yoxdu, amma bu sərgidə naşirlər kitabları maya dəyərinə , hətta ucuz satırdılar ki, təki hamı kitab ala bilsin, imkanı olmayanlar da.

Kitab satanları bilmirəm, çayçılar qazandılar. Mən də getmişdim, İlqar Rəsulu gördüm, çayxanada oturmuşdu və təbii ki, mən də vaxt vardı deyə dedim ki, bir stəkan çay içim.

Sonra jurnalist dostum Elçin oğlu ilə gəldi, Şərif Ağ gəldi, Ulucay Akif gəldi, bir beş dəqiqə oturub sonra qalxdılar sərgini gəzməyə. Stolda məndən əvvəl içilmiş bir çaynik vardı, bir çaynik də mən gələndən sonra gətirdilər, bir stəkan da yenə deyirəm, mən içdim, bir az oturub İlqarla Ağdamdan, Ağdamdakı kitabxanalardan danışdıq. Hələ kitab mağazalarında maraqlı kitab üstündə düşən davalardan, kitab oğurluqlarından söhbət açdıq. Onu da deyim ki, İlqarın anası Ağdamın Ağdam vaxtı şəhərdəki bütün kitabxanaların direktoru idi.

Sonra durdum sərgini gəzməyə, kitab almağa. Mən həmişə belə sərgilərdə tək özüm üçün kitab almaram, xoşum gələn şair və yazıçıların kitablarından bir neçə nüsxə götürərəm və paylayaram. Duranda yekə-yekə stolun üstünə iyirmi manat da çay pulu atdım, İlqar dedi ki, lazım deyil, mən verəcəm, mən də yekə-yekə dedim ki, mən verdim də.

Nə isə, bir-iki saat sərgini gəzəndən sonra qayıtdım evə və səhərisi günü saytlarda və sosial şəbəkələrdə oxudum ki, heç demə İçərişəhərdə ən ucuz bir çaynik çay iyirmi manat imiş. Və utandım. Deməli, o biri çaynikin pulunu da İlqar verib. Hələ, bəlkə, sonra da çayniklər olub… Yəni yekələnməyim özümə qaldı.

Görün mənim kimi nə qədər adam çayın qiymətini bilməyib və kitab almaq üçün gətirdiyi cibindəki pulu çaya verib və əliboş geri qayıdıb.

Hələ kimsə bir çaynik çaya verdiyi pulun qəbzini sosial şəbəkədə paylaşmışdı. Dağ çiçəklərindən hazırlanmış mürəbbəli çay ona 59 manata başa gəlmişdi.

Ağlamalıdı ey… Kitab 3-4 manat, bir çaynik çay ən azı 20 manat.

Bəlkə, gedək çayçı işləyək?

# 7849 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər