Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib

Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
4 aprel 2024
# 09:05

Belarus Mədəniyyəti Günləri çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dəyirmi masa təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan və Belarus mədəniyyət xadimləri iştirak ediblər.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə gerçəkləşən görüşdə iştirakçılar iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri ilə bağlı müzakirə aparıblar.

Söhbət zamanı xüsusilə Azərbaycan və Belarus milli kitabxanaları arasında əlaqələr, muzey işi, kino, teatr və mədəniyyətin digər sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, mədəni əlaqələr gənc nəsillərə qarşılıqlı olaraq milli mədəni irsimizi tanıtmaq baxımından böyük əhəmiyyət kəsb edir. Belarusun Mogilyov Vilayəti Mədəniyyət İdarəsinin rəisi Aleksandr Jiqun bildirib ki, qarşıda duran məqsəd mədəniyyət sahəsi ilə xalqlarımız arasında körpü yaratmaqdır.

Diqqətə çatdırılıb ki, Bakıda keçirilən mədəniyyət günləri çərçivəsində kino, kitabxana, muzey və rəssamlıq sahəsində əməkdaşlıqla bağlı görüşlər təşkil olunub, danışıqlar aparılıb.

Belarus və Azərbaycanın dövlət başçılarının dostluq münasibətləri təkcə siyasi, sosial-iqtisadi sahədə deyil, mədəniyyət sahəsində də əməkdaşlığın gücləndirilməsini tələb edir. Xalqlarımızı birləşdirən və maraqlarına xidmət edən cəhətlər çoxdur və bu, mədəni sahədə birgə layihələrə yol açmalıdır.

Görüşdə hər iki ölkədə keçirilən festivallarda qarşılıqlı iştirakın əhəmiyyəti vurğulanıb. “Belarusfilm”in rəhbərliyi ilkin addım olaraq Belarusda Azərbaycan kinosu günlərinin keçirilməsi təklifini səsləndirib. Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Milli İncəsənət Muzeyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Həmçinin Mogilyov Mədəniyyət İdarəsinin rəisi ötən il Belarusda təşkil edilən “Animaevka – 2023” XXVI Beynəlxalq Animasiya Film Festivalında “Ən yaxşı animasiya rəssamı” nominasiyasında qalib olmuş gənc azərbaycanlı rəssam Mehriban Əliyevaya diplom və mükafat təqdim edib.

# 1955 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər