Balaca Təranəni müəllimi döyüb, yoxsa?..

Balaca Təranəni müəllimi döyüb, yoxsa?..
27 noyabr 2023
# 13:05

Kulis.az Ülvi Bahadırın "Səhra böyüyür" yazısını təqdim edir.

Təhsildən, məktəblərdən o qədər yazılıb ki, artıq yeni heç nə qalmayıb.

Köhnə hamam, köhnə tas.

Dünən axşamdan sosial şəbəkələrdə bir şəkil ildırım sürətilə yayılmağa başladı.

Gözü qapqara qaraldılmış bir qızcığaz...

İbtidai sinif şagirdi...

Fikirlər müxtəlif idi. Biri dedi "müəllim eləyib", biri dedi "uşaq sinif yoldaşı ilə toqquşub".

Uşaq özü də videoda deyirdi ki, sinif yoldaşımla toqquşmuşam.

Açığı, uşağın hədsiz ütülü danışığı məni şübhələndirdi.

Sanki əvvəldən hansısa mətni əzbərlətmişdilər.

Açıq danışaq da, müəllimlik anlayışı çoxdan süquta uğrayıb ölkədə.

Bir zamanlar beynimizdə, ruhumuzda olan o müqəddəs müəllimlik anlayışından danışıram.

Səd-əfsus ki, indi müəllimlərin sayı çooox azdır.

Onların yerini isə repetitorlar alıb.

Yadıma gəlir, məktəb vaxtı müəllimlərim uşaqların bir baxışından, səsindən duyurdular şagirlərini.

Müəllimin məsuliyyəti ilə repetitorun məsulliyyəti tamamilə fərqlidir.

Repetitor gələcəyin tələbəsini, müəllim isə şəxsiyyətini yetişdirir.

Biz belə görmüşük.

Hə, müəllimə münasibət artıq xeyli dəyişib.

Bunda özlərinin də böyük "payı" var.

Müəllim şagirdlər üçün nümunə olmalıdır. Son illərdə isə tamamilə əksi baş verir.

Əvvəllər də var idi belə hallar. Ancaq necəsə tənzimlənirdi, indiki qədər kütləvi deyildi.

İndi isə açıqca deyirlər ki, bundan sonra belədi.

Hətta müəllimlər var ki, "8 Mart"da, "5 Oktyabr"da ona verilən hədiyyəni bəyənmədiyinə görə şagirdi yoldaşlarının arasında pərt eləyir. Hansısa şagird verməyəndə ona aşağı qiymət yazır. Bunlar gözümlə gördüyüm şeylərdir.

Şagirdi döymək isə əzəldən olub. Hətta çubuqla-filan döyürdülər.

Yadıma gəlir, bir dəfə çubuq sındı, müəllim də dərin bir kədərlə qayıtdı ki, gələn dəfə zoğal çubuğu gətirim gərək, bunlar tez sınır.

Ancaq o müəllimlərdə həm də böyük məsuliyyət var idi. Uşaq bir az tənəffüsdən gec qayıdan kimi narahat olurdular.

Bilirəm, gənc müəllimlərin içində bu yazını oxuyub razılaşmayanlar olacaq. Şəksiz ki, indi də az sayda da olsa, yaxşı müəllimlərimiz var. Ancaq bu say hər keçən gün daha da azalır.

Mən demirəm ki, bütün günah müəllimlərdədir.

Əsla! Müəllim də bu “cihaz”ın tərkib hissələrindən biridir sadəcə.

Az qala hər səhəri müəllimlər, valideynlərin votsap qruplarından olan yazışmalarla, səs yazıları ilə açırıq.

Gah fondpulu yığılır, gah müəllimin ad gününə hədiyyə alınır.

Bir sözlə, dərsdən başqa hər şeydən danışılır.

Şagirdlərə pulqabı kimi yanaşırlar.

İndi isə onlardan artıq idman aləti kimi istifadə eləmə başlayıblar.

Gələcəkdə müəllimlərlə şagirlər arasında qaydasız döyüş turniri də keçirilə bilər.

Maraqlı olar, hə?

Mərc-filan da eləyərik.

Nəyə alışmadıq ki? Bu nədir ki, yanında?

Burda ən böyük məsuliyyət valideynlərin üstünə düşür.

Onlar övladlarına imtahan travması yaşatmamalıdırlar.

Məktəblərdə baş verənlərə qarşı həssas yanaşmalıdırlar.

Sizin də övladınız bir gün gözünün altı qaralmış halda gələ bilər evə.

Bunun olmaması üçün o uşaqlara öz övladımız kimi yanaşmalıyıq.

Elə bil ki, bizim övladımızın başına gəlib.

Səhra böyüyür.

# 7349 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər