"Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək

"Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək
28 aprel 2025
# 18:30

2025-ci il 2–3 may tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi və “Endorphin” reklam agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda reklam, marketinq, brendinq və dizayn sahəsində fəaliyyət göstərən yaradıcı şəxsləri bir araya gətirəcək “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” keçiriləcək.

Kulis.az xəbər verir ki, festivalın əsas məqsədi yaradıcı şəxsləri bir platformada birləşdirmək, istedadları tanıtmaq və onların beynəlxalq arenada tanınmasına şərait yaratmaqdır.

Tədbir çərçivəsində panel müzakirələr və interaktiv sessiyalar, tanınmış beynəlxalq spikerlərin təqdimatları, ustad dərsləri və seminarlar, “Baku Flames Mükafatlandırma Mərasimi” və s. baş tutacaqdır. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Yaradıcı Market”in məhsulları “Baku Flames” festivalı çərçivəsində ziyarətçilərin diqqətinə təqdim olunacaq.

Bu il ilk dəfə olaraq hər il Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan “Young Lions Azerbaijan” yaradıcılıq müsabiqəsi də “Baku Flames” festivalı çərçivəsində keçiriləcək.

Növbəti “Young Lions” müsabiqəsində komandalar təqdim olunmuş xülasə əsasında “Film”, “Dizayn” və “Print” olmaqla üç kateqoriya üzrə mübarizə aparacaqlar.

“Print” kateqoriyası üzrə xülasə Pasha Malls, “Film” kateqoriyası üzrə xülasə Mədəniyyət Nazirliyinin “Yaradıcı Mərkəz” layihəsi və “Dizayn” kateqoriyası üzrə xülasə isə Code Academy tərəfindən komandalara təqdim olunub.

Təqdim olunan işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. Qaliblər 2025-ci il 16–20 iyun tarixlərində Fransanın Kann şəhərində baş tutacaq dünyanın ən nüfuzlu reklam festivalı olan “Cannes Lions”-da iştirak hüququ əldə edəcəklər.

Təxminən, 1500 iştirakçının qatılacağı “Baku Flames” festivalı yaradıcı şəxslər, agentliklər və gənc istedadlar üçün ideya mübadiləsi və əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

Qeyd edirik ki, bu festival Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.

# 1900 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər