Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə konsert həsr olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə konsert həsr olunub
3 iyul 2024
# 17:47

Bakıdakı Rus evində Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Rauf Nərimanbəylinin xatirəsinə həsr olunmuş “Müəllimin xatirəsinə” adlı konsert olub. Tədbir Bakıdakı Rus evi tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina tamaşaçılara Nərimanbəylinin milli klassik musiqi sənətinin inkişafına verdiyi töhfədən bəhs edib.

Xatirə gecəsində qonaqlar Bax, Hendel, Haydn, Motsart, Dvorjak, Çaykovski, Nikolayev, eləcə də yubileyi bu il qeyd edilən Rimski-Korsakovun musiqi kompozisiyalarından zövq alıblar.

Konsert proqramına daxil olan əsərlər BMA-nın Kamera ansamblı kafedrasının baş müəllimləri Sevda Yolçuyeva və Nərminə Hacızadənin siniflərinin tələbələri Nurcan Sadıqova, Emil Hüseynov, Faiq Əliyev, Hüseyn Məmmədov, eləcə də BMA konsertmeysteri Dilarə Kərimova, N.A. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov və BMA məktəb-studiyasının şagirdləri Leyla Yolçuyeva və Cəmilə Yolçuzadənin ifasında səsləndirilib.

# 2041 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər