Azərbaycanlılar xaricdə onkoloji xəstəyə oxşayır - İlham Əziz

İlham Əziz, yazıçı

İlham Əziz, yazıçı

25 iyul 2024
# 16:00

Kulis.az İlham Əzizin yeni yazısını təqdim edir.

Adam ölkədən kənara çıxanda, uzaqdan cəmiyyəti müşahidə edəndə, dəhşətli qənaətlərə gəlir.

Rusiya dünyanın ən yaxşı ölkələrindən sayılmır, hətta çətin və pis ölkələri siyahısındadır. Ancaq, Rusiyadan özümüzə nəzər salanda çox şeylərin düz getmədiyi su kimi aydın olur.

Ölkəmizdə insanlar çox qanıqara gəzir, əsəbidir, ümidsizdir.

Əhali həddən ziyadə siyasiləşib. Hamı siyasətlə məşğuldur. Gül kimi vaxtını Putinə, Baydenə, Makrona həsr edir. Hər yerdə siyasətdən danışırıq. Hamı bir-birinə neqativ yükləyir.

Bu da kütləvi psixoza gətirib çıxarır. Görün vəziyyət necədir ki, burda müxtəlif ölkələrdən insanlar istirahət edir, bir bizim adamların üzündən qaramat yağır. Allaha and olsun, yoxlasan, burdakı bütün adamlardan imkanlıdır. Rus qadınlara fikir verirəm, bir-iki çit paltardı, bir-iki sandal, nə makiyaj var, nə dırnaq…

İşi-gücü övladıyla danışmaq, ona hər şeyi başa salmaq, suallarını cavablamaq. Arada bu qadınların yerinə mən əsəbləşirəm, uşağın nə qədər sualı olar? Mən əsəbləşirəm ona görə ki, psixəm, bu adamlar normaldı.

Axşama qədər uşağı gəzdirirlər, tanış edirlər. Biz neynirik? Səsini kəs, danışma, səsin başıma düşür.

Tanış ifadələrdi, düzdü?

Azərbaycan insanı özünü çox yükləyib. Toy, yas, ev, cehiz, qızıl, paltar... saymaqla bitməz.

Guya bunların ölüsü ölmür? Toy etmirlər? Bizimki dəhşətdi, cəmiyyəti məhv edir. Burda adamların mütləq əksəriyyəti sadə yaşayır. Ömür bir dəfəlikdi. Başqasının pulunu sayıb özünə dərd eləmir. Varlını heç vecinə almır. Siz orta Azərbaycan ailəsindən toy, yas, aşırı paltar, kosmetika xərclərini çıxın, görün nə gözəl yaşayar.

Burda da orta aylıq əmək haqqı 800-900 manatdı. İçimizə qəzəb, paxıllıq, nifrət salanın Allah tifağını dağıtsın.

Mənə elə gəldi ki, biz xaricə gələndə bizi karantinə alıb, bu xasiyyətləri tərgitdirməlidirlər. Yoxsa, ətrafa bu qədər aqressiya səpmək olmaz.

İçimiz qaralıb, bu böyük bəladır. Azərbaycanlılar xaricdə onkoloji xəstəyə oxşayır. Hamını dərd basıb.

O gün rusdan soruşuram ki, siyasi vəziyyətiniz necədir?

Deyir, Yeltsin yaxşı adam deyil. Düz də edir. Nəyinə lazımdı? Adi fəhlədi. Biz Baydendən danışırıq, a kişi, Baydendən e….

Saytlar axşama kimi intihar, ölüm, dava…

Rusun hər gün minlərlə insan itkisi var müharibədə, baxın tv-lərinə, görün hiss olunur?

Biz müharibə də udduq, özü də, ən az itki ilə.

Amma yenə qaramat, yenə narahat…

# 2990 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər