Azərbaycanlı aktrisa Bişkekdə mükafata layiq görüldü

Azərbaycanlı aktrisa Bişkekdə  mükafata layiq görüldü
30 sentyabr 2023
# 12:12

Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova "Ən yaxşı aktrisa", "İnanıram" monotamaşasının yaradıcı heyəti isə xüsusi mükafata layiq görülüb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabrın 25-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “ART - ORDO 2023” IX Teatr Festivalında Ülviyyə Heydərovanın eyniadlı pyesi əsasında Elşad Rəhimzadənin quruluşunda hazırlanan "İnanıram" adlı monotamaşa ilə çıxış edib.

Xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunan festivalda tamaşanın yaradıcı heyəti festivalın xüsusi mükafatına, teatrın aktrisası Zemfira Əbdülsəmədova isə "İnanıram" monotamaşasındakı ana roluna görə "Ən yaxşı qadın" nominasiyası üzrə mükafata layiq görülüb.

Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür...

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.

# 3675 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər