“Azərbaycanım” jurnalının baş redaktoru Belarus Yazıçılar Birliyinin üzvü seçildi

“Azərbaycanım” jurnalının baş redaktoru Belarus Yazıçılar Birliyinin üzvü seçildi
22 yanvar 2025
# 15:24

“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Belarus Yazıçılar Birliyinin üzvü seçilib.

Kulis.az xəbər verir ki, Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin inzibati binasında keçirilən görüşdə Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirliyə Belarus Yazıçılar Birliyinin üzvü vəsiqəsini təqdim edib.

Təqdimat mərasimində çıxış edən səfir Andrey Ravkov qeyd edib ki, Emil Nəsirlinin son dövrlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi kitabın Minskdə satış şəbəkəsinə daxil olmasından sonra Belarus mətbuatı yeni müəlliflə ciddi maraqlanıb. Həmçinin yazıçının baş redaktoru olduğu “Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində Belarus Respublikası ilə bağlı mütəmadi dərc olunan maraqlı materiallar vasitəsilə Azərbaycanın Belarusda, Belarusun isə Azərbaycanda təbliğinə istiqamətlənmiş fəaliyyətə yüksək qiymət verilib.

Daha sonra səfir Andrey Ravkov Emil Nəsirlinin Belarus-Azərbaycan ədəbi əlaqələrinin inkişafına bundan sonra da öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

Bu yüksək ada layiq gördükləri üçün Belarus Yazıçılar Birliyinin sədri Aleksandr Nikolayeviç Karlyukeviçə, Birliyin kollektivinə və Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkova təşəkkürünü bildirən Emil Nəsirli çıxışında vurğulayıb ki, iki ölkə arasında əlaqələrin dinamikasına nəzər saldıqda, müxtəlif sahələri əhatə edən Belarus-Azərbaycan münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığı, uğurla inkişaf etdiyi aydın şəkildə görünür. Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır. Ölkələrimizin liderlərinin təkbətək və geniş tərkibdə görüşləri ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir, münasibətlər dinamik şəkildə inkişaf edir.

“Əsas məsələ ölkələrimiz arasında dostluq münasibətləridir. Uzun illər boyu bu münasibətlər böyük potensiala, yaxşı dinamikaya malik olduğunu göstərir. Əlbəttə, ali səviyyədə tez-tez əlaqə saxlamağımız, qarşılıqlı səfərlər münasibətlərimizin inkişafına böyük təkan verir və biz əməkdaşlığın yaxşı nümunələrini görürük” – deyə Emil Nəsirli bildirib.

Görüş əsnasında “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru ötən müddət ərzində jurnalın beynəlxalq əlaqələrinin əhəmiyyətindən, redaksiyanın həyata keçirdiyi layihələrdən də geniş bəhs edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, həmçinin Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan Yazıçılar birliklərinin də üzvü olduğunu qeyd edən Emil Nəsirli Azərbaycanla Belarus arasında mədəni əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb. Görüşdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

# 2867 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər