Azərbaycan və Tacikistan mədəni əlaqələri möhkəmləndirir

Azərbaycan və Tacikistan mədəni əlaqələri möhkəmləndirir
26 sentyabr 2025
# 09:25

"Azərbaycan ilə Tacikistan arasında əlaqələr təkcə hökumət və iqtisadi səviyyədə deyil, həm də sosial-mədəni müstəvidə günü-gündən möhkəmlənir".

Kulis.az xəbər verir ki, bunu Azərbaycan Milli Xalça Muzeyində "Tacik tikmə dünyası" sərgisinin açılışında Tacikistan Milli Muzeyinin direktoru İbrahimzoda Zəfərşo Safo deyib.

"Mən bu tədbirdə xalqlarımız arasında mədəni əlaqələrin və qarşılıqlı əlaqələrin necə möhkəmləndiyinin şahidi oldum. Bu mübadilə əməkdaşlığın inkişafına, qarşılıqlı anlaşmanın dərinləşməsinə və Azərbaycan ilə Tacikistan arasında dostluğun möhkəmlənməsinə kömək edir", - o qeyd edib.

Muzey direktorunun sözlərinə görə, bu cür tədbirlər iki ölkə arasında əlaqələrin möhkəmliyini və gələcək mədəni mübadilənin vacibliyini nümayiş etdirir.

Sərginin açılışında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova da çıxış edərək Tacikistanla mədəni əlaqələrin köklərinin keçmişə gedib çıxdığını vurğulayıb. Nümunə kimi o, ötən əsrin 60-cı illərində azərbaycanlı heykəltəraş Fuad Abdurəhmanovun Düşənbədə yaratdığı Sadriddin Ayni abidəsini, eləcə də ötən əsrin 70-80-ci illərində Ayni və İbn Sinanın abidələrini ucaldan Ömər Eldarovun əsərlərini göstərib.

Qeyd edək ki, o, həmçinin bu il mayın 20-də Tacikistanın Milli Muzeyində keçirilən və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XVIII-XX əsrlərə aid xalçalar və məişət əşyalarının nümayiş etdirildiyi "Azərbaycan incəsənət inciləri" sərgisini xatırladıb.

# 1159 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər