Azərbaycan musiqisi və rəqsi Çində beynəlxalq sərgidə

Azərbaycan musiqisi və rəqsi Çində beynəlxalq sərgidə
7 sentyabr 2023
# 11:50

Azərbaycan musiqisi və rəqsi Çində “VI İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi”nin qala-konsert proqramında təqdim edilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə geniş nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında səfərdədir. Nümayəndə heyətində ölkəmizin incəsənət ustaları da təmsil olunur.

Sənətçilərimiz Çinin Dunhuan şəhərində “VI Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisi” çərçivəsində keçirilən “İpək Yolu mədəni irsi və yeni sivilizasiya formasının qurulması” mövzusunda forumun bədii hissəsində maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Əməkdar artist İlkin Əhmədov, xanəndə Günay İmamverdiyeva Azərbaycan mahnılarını səsləndiriblər. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri İnarə Zeynalova və Aydəmir Aydəmirov Azərbaycan xalq rəqsini ifa ediblər.

Konsert proqramı Günay İmamverdiyeva-İlkin Əhmədov duetinin ifası ilə başa çatıb. Bütün ifalar böyük maraq və alqışlarla qarşılanıb.

# 2705 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər