APA TV-nin “Kəndimizə gedən yol” adlı mobil film müsabiqəsinin müddəti uzadıldı

APA TV-nin “Kəndimizə gedən yol” adlı mobil film müsabiqəsinin müddəti uzadıldı
2 iyun 2023
# 17:50

APA TV-nin elan etdiyi "Kəndimizə gedən yol" adlı mobil film müsabiqəsinin müddəti uzadılıb.

Kulis.az xəbər verir ki, müsabiqədə filmlərin qəbulu 15 iyuna qədər davam edəcək.

Qeyd edək ki, APA MEDİA GROUP və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən müsabiqəyə təqdim edilən filmlər, Azərbaycan ərazisində yalnız telefonla HD 1920x1080 fomatında çəkilməli, müddəti 10 dəqiqədən çox olmamalıdır. Hər bir müəllif bir və ya bir neçə film göndərə bilər.

Təqdim olunan filmlər 2020-2023-cü illlər istehsalı olmalı, hər birinin sonunda müəllifin ad və soyadı mütləq qeyd edilməlidir.

Mümkün qədər musiqidən az istifadə etməli, yutubda müəllif hüququ tələb edən musiqilərdən istifadə olunmamalıdır. Filmlər daha çox təbii səslə ərsəyə gətirilməlidir.

Kənd həyatı, təbiət mənzərələri, maraqlı insanlar və gündəlik işlər müsabiqənin əsas mövzusudur.

Mobil filmlər münsiflər heyəti tərəfindən verilən bal sistemi ilə hesablanaraq qaliblər müəyyən ediləcəkdir.
3 film münsiflər heyətinin rəyi, 1 film isə onlayn səsvermə yoluyla seçiləcəkdir.
Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaq.

Filmləri ““Kəndimizə gedən yol” başlığı ilə [email protected] və ya 0505260487 nömrəli teleqram ünvanına göndərə bilərsiniz.

Hər hansı bir sual yaranarsa, 050 5260487 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

# 1935 dəfə oxunub

Oxşar xəbərlər

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
"Yaşamaq istəyirsənsə..." - Əli bəy Hüseynzadə Abbas Səhhəti niyə tənqid edirdi?

"Yaşamaq istəyirsənsə..." - Əli bəy Hüseynzadə Abbas Səhhəti niyə tənqid edirdi?

10:00 11 iyul 2026
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız – Sabir Əhmədli haqqında

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız – Sabir Əhmədli haqqında

18:33 10 iyul 2026
Erlinq Holandın rep videosu rekord qırdı

Erlinq Holandın rep videosu rekord qırdı

18:00 10 iyul 2026
İngiltərə buna görə 800 milyon funt təzminat ödəyə bilər

İngiltərə buna görə 800 milyon funt təzminat ödəyə bilər

17:30 10 iyul 2026
Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada nümayiş olundu

Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada nümayiş olundu

17:15 10 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər