APA TV-dən xüsusi buraxılış: Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı - VİDEO - FOTO

APA TV-dən xüsusi buraxılış:  Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı - VİDEO - FOTO
25 fevral 2025
# 13:29

Kulis.az xəbər verir ki, APA TV Xocalı soyqırımının ildönümündə maraqlı layihə hazırlayıb. Televiziya 2015-16-cı illərdə yayınlanmış "Üç Valet" verilişinin xüsusi buraxılışını Xocalıdan hazırlayıb.

Verilişin aparıcılarından biri olan Qabil Abbasoğlu deyib ki, 2016-cı ilin fevralında APA TV-nin "Üç Valet" verilişini Xocalı soyqırımının ildönümünə həsr etməyi qərara alıblar.

"Verilişə qonaq kimi həm Xocalı sakini, həm həmkarımız, həm də bu faciənin dünyada tanınması üçün məhdud imkanları ilə fədakarlıq göstərən Səriyyə Müslümqızını dəvət etmişdik. Verilişi hazırlayarkən belə bir quruluş düşündük ki, Xocalı faciəsi ədalətli qiymətini, bu vəhşiliyi törədənlər isə layiqli cəzasını almadığı üçün, üstəlik, qonağımız qadın olduğuna görə, üç kişinin ona sual ünvanlaması və onun cavablarını sakit dinləməsi çətin olacaq. Odur ki, biz təqdimatı verib, qonağı tamaşaçılarla baş-başa buraxdıq və studiyadan ayrıldıq. Verilişin sonuna qədər Səriyyə xanım həmin ağrılı hadisələri göz yaşları içində anlatdı. Sonda studiyaya döndük və aparıcı İlqar Rəsul verilişi yekunlaşdırarkən dedi ki, Xocalı hadisələri barədə xeyli suallar açıq qalıb, amma o sualların cavabı mütləq veriləcək, o cavabı verməliyik və verəcəyik".

Qabil Abbasoğlu qeyd edib ki, 2020-ci il Vətən Müharibəsində və 2023-cü il antiterror əməliyyatları zamanı bu cavablar Azərbaycan Ordusu tərəfindən ləyaqətlə verildi: "2024-cü ilin yazında isə Səriyyə xanım Xocalıya - doğulub boya-başa çatdığı evə qayıtdı. Bu, 9 il əvvəl yarımçıq qalmış verilişi öz məntiqi sonluğuna çatdırmaq ideyasını yaratdı. "Üç Valet" layihəsi artıq çoxdan bitmişdi, lakin bu mövzu hələ də açıq qalırdı. “APA Group”-un rəhbəri Vüsalə Mahirqızı ilə danışıb, Səriyyə xanımla studiyada yarımçıq qalmış söhbəti Xocalıdakı evində davam etdirməyi qərarlaşdırdıq. Xocalıda Səriyyə xanımın evində qonaq olduq, bu dəfə başqa aurada, bərpa olunmuş ədalət, verilmiş cəza kontekstində, pozitiv ovqatda bir veriliş çəkdik. Bu, çoxdan fəaliyyətini dayandırmış "Üç Valet"in xüsusi buraxılışı oldu”.

Qeyd edək ki, APA TV-nin "Üç Valet - Cavab gülləri" xüsusi buraxılışı Xocalı soyqırımının növbəti ildönümü - fevralın 26-da saat 15.00-da efirə gedəcək.

Xatırladaq ki, "Üç Valet" verilişi APA TV-nin maraqlı layihələrindən biri olub. Layihəni tanınmış jurnalistlər Qabil Abbasoğlu, İlqar Əlfi və İlqar Rəsul aparıb.

# 1801 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər