"Antiqona" tamaşasının premyerası keçiriləcək

"Antiqona" tamaşasının premyerası keçiriləcək
9 dekabr 2023
# 11:40

Dekabrın 16-da və 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Anuyun “Antiqona” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq.

Teatrdan Kulis.az-a bildirilib ki, yeni yaradıcılıq işinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı Telman Şıxıyev, bəstəkarı Röya Hüseynovadır. Plastik həll isə Ceyhun Dadaşova aiddir.

Səhnə əsərində Əməkdar artist Güşvər Şərifova, aktyorlar Kərəm Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Rəşad Səfərov, Əbdül Rzayev, Hilal Dəmirov, Şəbnəm Hüseynova, Könül Əbilova, Fəridə Qurbanova, Ramiq Nəsirov, İlhan Sadıqov, Nurlan Süleymanov, Ümman Budaqov iştirak edirlər.

Müəllifin 1943-cü ildə, II Dünya müharibəsinin qızğın çağında qələmə aldığı və indiyədək bir çox ölkələrdə tamaşaya qoyulan “Antiqona”nın mövzusu antik ədəbiyyatdan gəlsə də, bütün dövrlərlə səsləşən əsərdir.

Çar Edipin ölümündən sonra oğlanları Etokl və Polinik növbə ilə ölkəni idarə etməlidirlər. Etokl hökmranlıq müddətini başa vurur, amma hakimiyyəti qardaşı Polinika verməkdən imtina edir. Polinik öz tərəfdarlarını yığıb qiyam qaldırır. Hər iki qardaş döyüşdə həlak olur. Əmiləri Kreon çar elan olunur. Kreon Etoklı təntənə ilə dəfn etdirsə də, qiyamçı Polinikin cəsədini qurd-quşa yem olması üçün şəhər meydanının ortasına atır. Onu dəfn etməyə cəhd edən isə ölümə məhkum olunacaq. Bu cəhdi Polinikin kiçik bacısı Antiqona həyata keçirmək istəyir. O, keşikçilər tərəfindən tutularaq Kreonun yanına gətirilir. Kreon onu seçim qarşısında qoyur: ya ölümü qəbul etmək, ya da bu niyyətdən daşınıb sağ qalmaq.

Antiqona qardaşını dəfn etməklə ölümü seçir. O, seçimi ilə azadlığını bəyan edir. Müəllif bu əsərində dünyanın Antiqona kimi insanlara görə var olmasını vurğulayır.

# 3342 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər