Ankarada Xalq yazıçısı Anarla görüş keçirildi

Ankarada Xalq yazıçısı Anarla görüş keçirildi
9 noyabr 2023
# 13:00

Ankara Sosial Elmlər Universitetinin Sezai Karakoç zalında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə bir sıra görkəmli şəxsiyyətlərlə yanaşı, universitetin tələbələri də iştirak ediblər.

Universitetin rektoru, Türkiyə Yazarlar Birliyinin sədri, professor Musa Kazım Arıcan giriş nitqində bu dəvəti qəbul etdiyi üçün Anar müəllimə minnətdarlığını bildirib. Qeyd edib ki, Anar müəllim Türkiyədə yaxşı tanınır və onun əsərlərinin mütəmadi olaraq Türkiyə türkcəsinə tərcüməsi yerli oxucuları müəllifə daha da yaxınlaşdırıb. Xüsusən, türkiyəli gənclərin Anar müəllimi yaxşı tanıdığını vurğulayan rektor bunu yüksək qiymətləndirib.

Rektorun çıxışından sonra "Ədəbiyyat və sənətlə keçən 85 illik bir ömür" adlı videoçarx nümayiş olunub. Videoçarxda Xalq yazıçısının həyat və yaradıcılığı müxtəsər halda izləyicilərin nəzərinə çatdırılıb.

Ankara Sosial Elmlər Universitetinin Sosial və bəşəri elmlər fakültəsinin Türk dili və ədəbiyyatı bölməsinin müəllimi, professor Bilal Çakıcı Anar müəllimin parlaq şəxsiyyəti barədə ətraflı çıxış edərək onu görməkdən qürur hissi duyduğunu dilə gətirib. Bu görüşün böyük tarixi gün olduğunu qeyd edən B.Çakıcı Anar müəllimin nəsri ilə yanaşı, qələmə aldığı poeziya nümunələrindən də bəhs edib və çıxışını müəllifin "XXI əsrin ilk nikbin şeiri" əsəri ilə yekunlaşdırıb.

Ankara Hacı Bayram Vəli Universitetinin Ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölməsinin müəllimi, dosent Cemile Kınacı çıxışında Anarın əsərlərindəki bədii məziyyətlər, onun sosial-siyasi istiqamətdə fəaliyyəti, ictimai xadim kimi cəmiyyətdəki rolu barədə söhbət açıb. C.Kınacı Xalq yazıçısının Türkiyədə pedaqoji fəaliyyətinə də diqqət çəkib.

# 2466 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər