Alim Qasımov: "Musiqiçilər bazar arxasınca düşüblər"

Alim Qasımov:  "Musiqiçilər bazar arxasınca düşüblər"
18 sentyabr 2023
# 16:11

"Toylar musiqini primitivləşdirir, sadələşdirir, əyləncə musiqisinə çevirir".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov Rəham Bağırovun "O, yoxsa bu?" yutub layihəsində deyib. Xanəndə toyların musiqini bayağılaşdırdığını bildirib:

"Düşüncə musiqisi yavaş-yavaş sıradan çıxır. Musiqiçilər özünə əziyyət verib düşündürən mahnılar oxumaq istəmirlər. Niyə versin? Bazarda nə gedirsə, musiqiçilər, sənətkarlar, pul qazananlar, istedadlılar - hər kəs repertuarını bazara uyğunlaşdırır. Ona görə də musiqi də toy arxasınca düşüb.

Toyda aparıcı olmalıdır. Öz toylarımın yiyəsi olmuşam. Görmüşəm rəqs uzanır, başlamışam muğam oxumağa. Oxumaqla oynamaq gülməlidir. Oxumaq odur ki, sən oxu, mən qulaq asım. Sən oxu, mən də oynayım? Musiqinin də korlanan yeri budur".

Axşam.az

# 4352 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər