“Ah, bu uzun sevda yolu” tamaşası 50-ci dəfə nümayiş olunacaq

“Ah, bu uzun sevda yolu” tamaşası 50-ci dəfə nümayiş olunacaq
22 sentyabr 2023
# 11:36

Sentyabrın 24-də Akademik Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, bu sözügedən tamaşanın 50-ci nümayişidir.

Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum rejissorumuz, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

İlk tamaşa 30 iyun 2018-ci ildə oynanılıb.

Səhnə əsəri görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunub.

Rolları əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), Xalq artisti Hacı İsmayılov (Müdrik şair), əməkdar artistlər Elnar Qarayev (Dost şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar Rüstəm Rüstəmov (Novator şair), İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) ifa edir.

Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

# 2347 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

12:03 12 noyabr 2026
Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

11:33 12 noyabr 2026
Pirat kitab saytına 19,5 milyon dollar cərimə –  Milyonlarla kitabın taleyi necə olacaq?

Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?

11:12 12 noyabr 2026
"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

10:43 12 noyabr 2026
"Soul Food"  filminin aktrisası vəfat etdi

"Soul Food" filminin aktrisası vəfat etdi

10:21 12 noyabr 2026
Azərbaycanda Konstitusiya Günü  qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

10:00 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər