Aftandil İsrafilovun mahnısı erməni bəstəsi kimi təqdim edildi - Video

Aftandil İsrafilovun mahnısı erməni bəstəsi kimi təqdim edildi - Video
6 noyabr 2023
# 12:13

Mərhum Xalq artisti Aftandil İsrafilovun illər əvvəl bəstələdiyi “Basqalı” mahnısı Gürcüstan televiziyasında verilişlərin birində səsləndirilib.

Kulis.az xəbər verir ki, bu barədə Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə video paylaşıb.

Videoda gürcü uşaqların “Basqalı” mahnısını gürcü dilində oxuyub - rəqs etməsi əks olunub.

B.Bağırzadə "Əziz dostlar, baxın, bu gözəl istedadlı gürcü uşaqları bizim möhtəşəm bəstəkar və qarmon ustadı Avtandil İsrafilovun "Basqalı" rəqs kompozisiyasını necə ifa edirlər. Bu musiqi hələ ötən əsrin 70-ci illərində yazılıb və bu gün gürcü uşaqları bu bəstəyə söz qoşub, ifa edirlər" .

Onun sözlərinə görə, "Basqalı" gürcü kanalında erməni bəstəsi "Şalaxo" kimi təqdim olunub:

"Qonşularımız" heç vaxt sakitləşməyəcək! Onlar artıq hər şeyi - iki dəfə müharibəni, qonşu ölkələrin etimadını, Qafqazın sakinləri adlandırılmaq haqqını və şərəfini itiriblər. Amma bitməmiş ilan kimi hələ də əllərinə düşən hər şeyi öz zəhərləri ilə zəhərləməyə çalışırlar.

Ona görə də mən Azərbaycan Mədəniyyət Nazirliyinə müraciət edirəm, zəhmət olmasa, öyrənin niyə Azərbaycan musiqisi erməni kimi təqdim olunur? Bəlkə, gürcü dostlarımız bu musiqinin müəllifinin kim olduğunu, sadəcə, olaraq bilmirlər? Gürcüstan telekanalının əməkdaşları ilə əlaqə saxlamaq lazımdır ki, əsl bəstəkar Avtandil İsrafilovu göstərsinlər".

Qeyd edək ki, Aftandil İsrafilov bu il aprelində 82 yaşında dünyasını dəyişib. Qarmon ustadı İkinci Fəxri Xiyabanda dəfn olunub.

Axşam.az

# 3240 dəfə oxunub

Oxşar xəbərlər

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

18:30 30 sentyabr 2026
Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

18:00 30 sentyabr 2026
“Taxt oyunları” serialının filmi çəkiləcək

“Taxt oyunları” serialının filmi çəkiləcək

17:30 30 sentyabr 2026
Afra Saraçoğlu və Aras Bulut İynemlinin  narkotik testinin nəticəsi açıqlandı

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticəsi açıqlandı

17:00 30 sentyabr 2026
Tanınmış sosial media fenomeni saxlanıldı

Tanınmış sosial media fenomeni saxlanıldı

16:30 30 sentyabr 2026
Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

16:27 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər