Xalq artistinin oğlu ağır vəziyyətdədir

Xalq artistinin oğlu ağır vəziyyətdədir
23 dekabr 2019
# 14:56

Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlunun səhhətində kəskin problemlər yaranıb.

Bu barədə İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məmməd Zeynalovun həyat yoldaşı İradə Zeynalova deyib.

O, bildirib ki, aktyora təcili böyrək köçürülməlidir: "Məmmədin vəziyyəti çox pisdir. Böyrəkləri son günlərini yaşayır. Əvvəl həftədə bir dəfə dializə gedirdi, indi isə 3 dəfə. Onun qanındakı kreatinin faizi hər an qalxa bilər. Allah göstərməsin, Məmməd hər an ölə bilər. Qohumlardan bizə kömək yoxdur, heç kəs böyrəyini vermək istəmir. Mən özüm onkoloji xəstəyəm. Böyrəyimi vermək istəyirəm, amma həkim icazə vermir. Deyir ki, sən böyrəyini versən, həyatın təhlükə altında qalar. 1 yaşında oğlum var, əgər mən böyrəyimi versəm, öləcəyəm, uzun illərdən sonra tapdığım övladım da anasız qalacaq, baxan olmayacaq. Heç kəs bizim ailə ilə maraqlanmır. Vəziyyətimiz çox acınacaqlıdır. Məmməd hər an ölümünü gözləyir, onu xilas etmək lazımdır".

Qeyd edək ki, Məmməd Zeynalov 3 il öncə insult keçirmişdi./aznews.az/

# 4038 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər