8 marta "prostina" almışıq, götürmür - Aqşin Yenisey

8 marta "prostina" almışıq, götürmür - Aqşin Yenisey
8 mart 2025
# 11:26

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Bizim qismətimizə sekulyarizmin xurafat dövrü düşdü.

İstənilən ideologiya özünün təsərrüfat dayaqlarını yaratmadan yaşaya bilməz.

Bu dayaqları yaratmaq üçün o kütlələri ovlamalıdır, kütlənin gəlirlərini ələ keçirməlidir.

İdeologiya özünün iqtisadi maraqlarını təmin etmək üçün öz xurafatını yaratmağa məhkumdur. Xurafat ideya və ideologiyanın kütlə şuuruna uyğunlaşdırılmış formasıdır.

Din öz təsərrüfatını kahinlər, rahiblər, mollalar vasitəsilə yaradır və idarə edir. Tibet rahiblərinə üç evnə yeməyi də xalq bişirib aparır.

Liberal sekulyarizmin də artıq öz çağırışları və bu çağırışları kütlərlərə çatdıran mollaları, kahinləri var.

Adına yaşam koçları, karyera uzmanları, iş danışmanları və s. deyilən zümrə sekulyarizm mollalarıdır. Neoliberalizmin təsərrüfat sisteminin dayanıqlığını qorumaq üçün sekulyarizmin xurafatını yaratmaq və yaymaqla məşğuldurlar.

Bu ixtisaslar universitetlərdə bazarın sifarişi və maliyyəsi ilə açılır, orada yetişən mütəxəssisə insanları bazara yönəltmək qaydaları öyrədilir.

Məsələn, onların xidmətləri sayəsində bu gün alış-veriş asıllığı deyilən psixoloji bir xəstəlik növü ortaya çıxıb ki, bu asılılığı yaradan da onların alış-verişin depressiyadan xilas etməsi haqqında söylədikləri müalicəvi moizələridir.

Rahiblər, mollarlar da eyni işi görürlər; əvvəlcə xurafata yoluxdururlar, sonra dinlə müalicə edirlər.

Dünən iftar vaxt taksidə 3 saatlıq tıxacda ancaq bir neomollaya qulaq asmışam. Salavat göndərmə yarışı təşkil etmişdi. Biri efirə yazdı ki, mən bu gün 25 min salavat göndərmişdəm, bu qayıtdı ki, rekord 30 mindir, get 5 min də göndər.

Sekulyar tərəfdə də süni yollarla azadlıq, xoşbəxtlik yarışları keçirilir. Az xərcləmisən, get çox xərclə! Nə yolla qazana bilirsən. qazan, önəmli deyil. Hamıdan azad və xoşbəxt görünmək istəyirsənsə, çox xərclə, rekord qır.

Taksi sürücüsü də bu yandan dirəyib ki, müəlliməyə 8 marta "prostina" almışıq, götürmür, belə qudurğanlıq olar?

Dəli olsam, bağışla!

# 3931 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər