7-ci Animafilm Beynəlxalq Animasiya Festivalı elan edildi

7-ci Animafilm Beynəlxalq Animasiya Festivalı elan edildi
30 sentyabr 2024
# 13:04

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda, “Azərbaycan” kinoteatrında keçiriləcək.

Kulis.az xəbər verir ki, festival Azərbaycan Animasiya Assosiasiyasının və “PERİ FİLM” MMC-nın təşkilatçılığı ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilati dəstəyi ilə Baku Cinema Breeze (BCB) festivalı çərçivəsində baş tutacaq.

Bu il 7-ci ANİMAFİLM Festivalının əsas mövzusu “SEVGİ”dir. Animasiya duyğuları vizual ifadə etməyə imkan verdiyindən sevgi məfhumunu əhatəli çatdırmaq üçün mükəmməl bir vasitədir. Festivalın niyyəti elə sevgini ön plana çıxararaq izləyicilərimiz arasında empatiya, anlayış və birlik hissini gücləndirməkdir.

7-ci ANİMAFİLM Festivalına üç əsas proqram daxildir:

1. Müsabiqə proqramı: Bu il festivala 2 beynəlxalq və 2 yerli kateqoriya üzrə 37 ölkədən 196 film daxil olub. Seçim komissiyası bütün filmləri dəyərləndirərək, müsabiqə şərtlərinə uyğun gələn 18 ölkədən 48 filmin müsabiqədə iştirak etməsini məqbul sayıb. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışacaq. Müsabiqədə iştirak etməsi üçün seçilmiş filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək, qaliblər 7-ci ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq.

Müsabiqə proqramının nümayişlərini qaçırmayın və ilk tamaşaçı kimi münasibətinizi bildirməklə festivalın fəal iştirakçısına çevrilmək şansınızdan istifadə edin:

– Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX (16+)

– Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi (7+)

– Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi (8+)

– Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi (8+)

2. Müsabiqədənkənar proqram: 7-ci ANİMAFİLM festivalında “Dünya ölkələrindən sevgilərlə” proqramı vasitəsilə Portuqaliya, Yunanıstan, Gürcüstan, Çexiya kimi ölkələrin animasiya əsərlərini izləyə biləcəksiniz. Həmçinin ATA festivalı ilə əməkdaşlıq çərçivəsində təqdim olunacaq “ATA: Türk dünyasından seçilmiş animasiya filmləri” kolleksiyasını izləmək şansından da yararlana bilərsiniz. Bunlardan əlavə, məşhur Avropa müəlliflərinin əsərləri əsasında çəkilmiş animasiya qorxu antologiyası silsiləsindən olan “Qırmızı dəmir yolu” serialı da nümayiş olunacaq.

3. Peşəkarlar üçün proqram: Bu proqram çərçivəsində yerli animasiya film layihələri təqdim olunacaq və beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, ustad dərsləri və vörkşoplar təşkil ediləcək. Proqram çərçivəsində məşhur özbək rejissoru Dante Rustavın, “Netflix” və “Apple TV”-nin kanadalı animatoru Matthew Lyonun, rəngarəng üslubu ilə seçilən peşəkar illüstrasiyaçı Leyla Əlinin, İngiltərədə yaşayan “Stop motion” rejissoru Ayan Novruzun ustad dərsləri həyata keçiriləcək. Siz həmçinin “ANİMAFİLM School: Birgə istehsal” və “ANİMAFİLM School: Making of” tədbirlərinə biletlər almaqla animasiya sahəsinin aparıcı mütəxəssisləri ilə birlikdə müzakirələr apara, hazırda istehsal mərhələsində olan və ya artıq yayımlanan Azərbaycan animasiya filmlərinin necə hazırlandığını öyrənə biləcəksiniz.

# 2673 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

16:26 13 noyabr 2026
Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

15:54 13 noyabr 2026
Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

15:35 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər