AYB-dən səkkizinci istefa

AYB-dən səkkizinci istefa
9 iyun 2013
# 21:33

Gənc şair Elvin Bakiroğlu da Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən istefa verib. Elvin Bakiroğlunun Kulis.Az-a yolladığı qısa müraciətdə deyilir:

“Həmkarlarıma olan ədalətsiz, gənclərə qarşı olan antidemokratik münasibətə, əbədi gecikdirilən islahatlar və qələm yoldaşım Şərif Ağayara atılan böhtana etiraz əlaməti olaraq AYB-nin (Anarın Yazıçılar Birliyinin) üzvlüyündən imtina edirəm”.

Elvin Bakiroğludan əvvəl Qismət, Ayxan Eyvaz, Babək Göyüş, Mövlud Mövlud, Aysel Əlizadə, Rəbiqə Nazimqızı, Elnaz Eyvazlı da AYB-dən istefa vermişdilər.

# 2058 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #