Ziya Şıxlinski: "Nizami Kino Mərkəzinin idarəçiliyi birləşmiş ittifaqa verilsin"

Ziya Şıxlinski:  "Nizami Kino Mərkəzinin idarəçiliyi birləşmiş ittifaqa verilsin"
3 avqust 2023
# 13:27

26 iyul tarixində Kinematoqrafçılar İttifaqlarının İdarə Heyətlərinin birgə iclasında Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, kinorejissor Ziya Şıxlinski birləşmə ideyasını dəstəklədiyini bildirib və təkliflərlə çıxış edib.

Kulis.az xəbər verir ki, bu barədə AKİ məlumat yayıb.

Mədəniyyət Nazirliyinin rəsmilərinin iştirak etdiyi iclasda Z.Şıxlinski nazirliyin ittifaqla əməkdaşlığının vacib olduğunu bildirib. O, həmçinin növbəti 2 il ərzində yaradıcı məsələlərdə İttifaqın rəyini prioritet saymağı təklif edib.

Əlavə olaraq, rejissor Nizami Kino Mərkəzinin idarəçiliyinin birləşmiş İttifaqa verilməsini təklif edib. Onun fikrincə, İttifaqın kinomuzun inkişafı üçün fəaliyyət göstərmək potensialı var.

# 1098 dəfə oxunub

Müəllifin son yazıları

# # #