"Waxwork"un rejissoru evində ölü tapıldı

"Waxwork"un rejissoru evində ölü tapıldı
12 oktyabr 2023
# 11:30

İngilis rejissor, aktyor və ssenarist Entoni Hikoks vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 65 yaşlı rejisssor Buxarestdəki evində ölü tapılıb.

Onun hansı səbəbdən dünyasını dəyişdiyi açıqlanmayıb.

Qeyd edək ki, o, "Waxwork", "Hellraiser III" kimi məşhur qorxu filmlərinin rejissorudur.

# 938 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #