VIII "Visla" Polşa Film Festivalı çərçivəsində nümayiş olunacaq növbəti filmi "Damdakı qadın"(2022) olacaq.
Kulis.az xəbər verir ki, filmin rejissoru Anna Yadovskadır.
Filmdə pensiya yaşına çatmış tənha qadın Miranın həyatından bəhs edir. O, həyatını dəyişmək məqsədilə cinayətə əl atır.
Film 24 oktyabr, saat 19:00-da "Azərbaycan" CinemaPlus-da nümayiş olunacaq.
Giriş sərbəstdir.