Ukraynalı aktrisa vəfat etdi

Ukraynalı aktrisa vəfat etdi
14 aprel 2023
# 17:20

Ukraynalı aktrisa Natalya Qolovina 64 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Xarkov teatrından məlumat verilib.

Həmkarlarının dediyinə görə, aktrisa ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Natalya Qolovina 17 avqust 1957-ci ildə anadan olub. Kiyev Akademik Teatrının dram studiyasını bitirib. 1990-cı ildən - Xarkov Dövlət Ukrayna Dram Teatrında çalışıb. Bu yaxınlarda "Blez", "Çörək barışığı", "Şelmenko-batman" tamaşalarında oynayıb.

O, eyni zamanda "Ağcaqayın budağı" (1987) və "Bəlkə bir gün" (2021) filmlərində rol alıb.

# 1001 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #