Tom Kruz təhlükəli fənd göstərəcək

Tom Kruz təhlükəli fənd göstərəcək
25 iyul 2023
# 12:50

Hollivud ulduzu Tom Kruz “Çətin tapşırıq 7” filminin çəkilişləri zamanı təhlükəli fənd göstərəcək.

Kulis.az kinonews.ru saytına istinadən xəbər verir ki, ekran əsərində nəfəskəsici səhnələr olacaq.

Bu barədə filmin rejissoru Kristofer Makquari məlumat yayıb:

“T.Kruz bu bölümdə sualtı səhnələrdə çəkiləcək. Aktyor bunun üçün suda altı dəqiqə nəfəsini tutmağı öyrənib. Tom və mən daim gördüyümüz işləri müzakirə edir və daha yaxşı necə edə biləcəyimiz haqqında fikirləşirik. Əvvəllər filmin digər bölümlərində sualtı səhnələr çəkmişdik. Lakin bizi tam qane etməmişdi. İndi isə bunu daha mükəmməl səviyyədə edəcəyimizi düşünürük”.

Rejissor həmçinin qeyd edib ki, sualtı çəkilişlər çox çətin başa gələn işdir, təhlükəli olmaqla yanaşı, həm də yorucu bir prosesdir.

# 803 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #