TikTok Ümumdünya Kitabsevərlər Gününü qeyd etməyə dəvət edir

TikTok Ümumdünya Kitabsevərlər Gününü qeyd etməyə dəvət edir
7 avqust 2023
# 17:30

TikTok Azərbaycandakı istifadəçiləri Ümumdünya Kitabsevərlər Gününü qeyd etməyə dəvət edir.

• Avqustun 9-da qeyd olunan Ümumdünya Kitabsevərlər Günü ərəfəsində TikTok Azərbaycandakı istifadəçiləri kitab bayramına qoşulmağa və #booktokazerbaijan həştəqindən istifadə edərək ədəbiyyat mövzulu yaradıcı videolar paylaşmağa dəvət edir.
• Virtual bayram yazda başlayan və artıq TikTokda 13 milyondan çox baxış toplayan #kitabfest ədəbi təşəbbüsünün davamıdır.
Qısa videoları izləmək və qısa videolar yaratmaq üçün aparıcı platforma olan TikTokun məqsədi azərbaycanlı istifadəçiləri oxumağa və kəşf etməyə təşviq etməkdir.
Beynəlxalq kitabsevərlər bayramı şərəfinə istifadəçilər #booktokazerbaijan həştəqiylə dörd ədəbi mövzudan birini seçərək kitab tövsiyələrini, sevimli kitablardan çıxarışları, kitab alış-verişinə dair rəyləri, kitablarla bağlı digər məlumatları paylaşa və bədii mətnləri müzakirə edə bilərlər.
Layihə artıq azərbaycanlı məşhurlar tərəfindən dəstəklənib: məşhur azərbaycanlı müğənni,"Eurovision 2014" mahnı müsabiqəsinin təmsilçisi Dilarə Kazımova (@dilarakazim) bu yaxınlarda oxuduğu kitablarla bağlı tövsiyələrini bölüşüb və #booktokazerbaijan həştəqindən istifadə edərək abunəçilərini bayrama qoşulmağa dəvət edib. Müğənni Vlada Axundova isə üç sevimli kitabını paylaşıb.
TikTokun #kitabfest ədəbi təşəbbüsünün təqdimatı Bakıda keçirilən Milli Kitab Sərgisi ilə eyni vaxta təsadüf edib: o, artıq 13 milyondan çox baxış toplayıb. İstifadəçilər tövsiyə etdikləri, əsasında filmlər çəkilmiş kitabları, ev kitabxanalarını, kitab kolleksiyalarını nümayiş etdirmiş, kitab icmallarını və s. paylaşıblar.
İstifadəçilərin kreativ yanaşması, izləyicilərin mütaliəyə marağının artması TikTokda keyfiyyətli ədəbi kontent yaranmasına səbəb olur.
Azərbaycanda TikTokun ədəbiyyat layihələri dünya ədəbiyyatsevərlərini birləşdirən qlobal mədəni fenomen olan #BookTok-dan ilhamlanır. Bu həştəq altında videolar artıq 163 milyarddan çox baxış toplayıb. Videolarda müxtəlif ölkələrdən olan istifadəçilər oxuduqları kitablarla bağlı tövsiyə və təəssüratlarını bölüşürlər. #BookTok həm də kitab sənayesinə təsir edir, yazıçıların populyarlaşmasına və kitabların bestseller siyahısına düşməsinə şərait yaradır. Oxucular indi TikTok rəyləri əsasında kitab seçirlər.

# 767 dəfə oxunub

Müəllifin son yazıları

# # #