Teylor Sviftdən növbəti uğur

Teylor Sviftdən növbəti uğur
28 oktyabr 2023
# 10:27

Amerikalı müğənni Teylor Svift rəsmi şəkildə milyarder olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, müğənni qastrol konsertlərində qazandığı uğurlar və albomlarının təkrar buraxılması sayəsində xeyli varlanıb.

Hazırda Teylorun şəxsi kapitalı 1,1 milyard dollar təşkil edir.

Müğənni Şimali Amerika qastrolundan 2,2 milyard dollar qazanıb. Teylorun verdiyi 53 konsertdən ölkənin ümumi daxili məhsuluna 4,3 milyard dollar gəlir daxil olub.

# 576 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #