Teylor Svift yenə zirvədədir

Teylor Svift yenə zirvədədir
27 oktyabr 2023
# 13:10

"2023 Billboard" musiqi mükafatları üçün namizədlər açıqlanıb.

Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, mükafatın finalçıları ilin nəticələrinə görə müəyyən edilib.

Teylor Svift maksimum nominasiya sayına sahib olub. Belə ki, müğənni 20 kateqoriyada təmsil olunur.

Onun “Anti-Hero” hiti beş mükafata, o cümlədən "Ən yaxşı Hot 100" nominasiyasına layiq görülüb.

Qeyd edək ki, "2023 Billboard" noyabrın 19-da keçiriləcək.

# 825 dəfə oxunub

Müəllifin son yazıları

# # #