Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi
2 avqust 2023
# 12:40

Rusiyanın Əməkdar artisti, 91 yaşlı bəstəkar Aleksandr Kolker vəfat edib.

Kulis.az Rusiya mediaya istinadən xəbər verir ki, sənətçi Sankt-Peterburqda dünyasını dəyişib.

Kolkerin ölüm səbəbi hələ açıqlanmayıb.

O, 100-dən çox mahnının müəllifidir. Onların arasında "Duman", "Yağış", "Petroqraddaki oğlan", "Kareliya" kimi məşhur mahnılar var.

Qeyd edək ki, bir müddət əvvəl xəstəxanaya yerləşdirilən sənətçi reanimasiyadan travmatologiyaya köçürülmüşdü.

# 673 dəfə oxunub

Müəllifin son yazıları

# # #