Taleh Yüzbəyov: "Özümü bu sahədə yetim kimi hiss edirəm"

Taleh Yüzbəyov:  "Özümü bu sahədə yetim kimi hiss edirəm"
21 aprel 2023
# 14:30

'Kino adamlarının hüquqlarının qorunması üçün assosiasiya yaradılması ilə bağlı təklif versək də, bu məsələ yubanır".

Kulis.az APA -ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində müzakirə zamanı rejissor Taleh Yuzbeyov təkliflə çıxış edərkən deyib. O qeyd edib ki, bazar qaydalarına görə, hansısa formada kimlərinsə hüququnun pozulması halları qaçılmaz olur:

"Mən bu sahədə olan biri olaraq özümü bir növ yetim kimi hiss edirəm. Çünki hüquqlarımı qoruyan bir qurum yoxdur. Bir neçə il əvvəl kino adamlarının hüquqlarının qorunması üçün assosiasiya yaradılması üçün təklif hazırlamışıq. Lakin bu məsələ gecikməkdədir. Xahiş edirəm, hansısa formada bizə kömək edilsin, bu məsələ həllini tapsın".

# 2275 dəfə oxunub

Müəllifin son yazıları

# # #