Məşhur rejissor Stiven Spilberq ən yaxşı hesab etdiyi filmini açıqlayıb.
Kulis.az xəbər verir ki, 1971-ci ildən bu yana əksəriyyəti klassik olmaqla 34 film çəkmiş rejissor müsahibəsində filmlərinə yenidən baxmaqda çətinlik çəkdiyi amma onlardan yalnız birinə 1982-ci ildə çəkdiyi “ET: The Extra -Terrestrial” filminə təkrar baxmaqdan zövq aldığını bildirib.
S.Spilberq sözügdən filmi özünün ən yaxşı filmi hesab etdiyi də vurğulayıb.
Spilberqin məşhur filmləri arasında “Yura dövrü parkı”, “Əsgər Rayanı xilas etmək”, “Azlıqların hesabatı”, “Süni intellekt”, “İtirilmiş gəminin basqınçıları”, “Bacarırsan məni tut” və bu yaxınlarda yayımlanan “Fabelmans” var.
"The Fabelmans" filmi ilə ən yaxşı film nominasiyasında Oskara namizəd olan Spilberq 7-ci Ən Yaxşı Rejissor mükafatını qazanıb. Daha əvvəl Spilberq bu mükafatı iki dəfə, 1994 və 1999-cu illərdə “Şindlerin siyahısı” və “Əsgər Rayanı xilas etmək” filmlərinə görə alıb.