Sidney ən yaxşı filmini seçdi

Sidney ən yaxşı filmini seçdi
19 iyun 2023
# 19:00

"Bütün yalanların anası" Sidney Film Festivalının Böyük Mükafatını qazanıb.

Kulis.az Variety-a istinadən xəbər verir ki, Mərakeşin 1981-ci ildəki Çörək üsyanlarının sirlərini araşdıran “Bütün yalanların anası” filmi bazar günü Sidney Film Festivalında ən yaxşı film seçilib.

Anuraq Kaşyapın sədrlik etdiyi münsiflər heyəti Əsma əl Mudirin müəllifi olduğu filmi yüksək qiymətləndirib.

Qeyd edək ki, kuklaya bənzər fiqurlardan istifadə edilən film bu yaxınlarda Kannda Un Certain Regard bölümündə nümayiş etdirilib və "Ən yaxşı rejissor" mükafatını qazanıb.

# 899 dəfə oxunub

Müəllifin son yazıları

# # #