Oskar mükafatlı "Köçərilər diyarı" dramı və Marvel filmi "Əbədilər" komiksləri ilə tanınan çin əsilli amerikalı rejissor və ssenarist Xloe Zhao irland yazıçısı Meqqi O'Farrelin "Hamnet" romanı əsasında film çəkəcək.
Kulis.az xəbər verir ki, bu barədə "IndieWire" məlumat yayıb.
O'Farrelin kitabı tarixi fantastika janrında yazılıb və Uilyam Şekspirin həyat yoldaşı Enn Heteueydən bəhs edir (romanda onun adı Aqnesdir).
- “Fortuşka” və “skvaznyak” sözlərinin mənasını kim bilir? SORĞU
- Yeni “The Batman” filminin fraqmanı yayımlandı
- Afaq Bəşirqızının kənd fəlsəfəsi - Sonuncu Orxan yazır
Süjetin bir hissəsi Şekspir və Heteueynin oğlu Hamnetin 11 yaşında ölməsi ətrafında cərəyan edir. Heteueynin həyatı haqqında çox az şey məlum olduğu üçün onun şəxsiyyəti və Şekspirlə münasibəti tarixçilər və yazıçılar tərəfindən çoxlu fərziyyə mövzusuna çevrilib.
Nəşrin məlumatına görə, Zhao və O'Farrell romanın film uyğunlaşmasının ssenarisini birlikdə yazacaqlar.
"Hamnet" romanı 2020-ci ildə nəşr olunub və "The New York Times"a görə ilin ən yaxşı on kitabı siyahısına daxil edilib.