Salvador Dalinin məşhur bərbəri vəfat etdi

Salvador Dalinin məşhur bərbəri vəfat etdi
30 may 2023
# 14:00

İspaniyalı bərbər və stilist Luis Longeras 87 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istiandən xəbər verir ki, onun ölüm səbəbi xərçəng olub.

Luis Longeras 24 may 1936-cı ildə anadan olub. 14 yaşında Barselonadakı nüfuzlu Can Dalmau bərbər salonunda bərbər köməkçisi kimi işləməyə başlayıb. 1958-ci ildə ilk gözəllik salonunu açıb. Longeras öz sahəsində yenilikçi hesab olunub. 1972-ci ildə stilist kişilər və qadınlar üçün Avropanın ilk uniseks salonunu açıb.

Longeras həm məşhur rəssam Salvador Dali ilə işləyib. Dali Teatr-Muzeyində aktrisa Mey Uestə həsr olunmuş otağı bəzəyən dünyanın ən böyük parikinin yaradılmasında onunla əməkdaşlıq edib. Bərbər həmçinin İspaniyanın Yunanıstan kraliçası Sofiya, İspaniyanın Alba hersoginyası və aktrisa Raquel Welch ilə də çalışıb.

Longeras bərbərlik, eləcə də fotoqrafiya, rəsm və heykəltəraşlıqla bağlı bir çox kitab yazıb.

Стилист Сальвадора Дали Луис Лонгерас скончался в Испании

# 962 dəfə oxunub

Müəllifin son yazıları

# # #