Şahzadə "Spare" adlı xatirə kitabını təqdim edəcək

Şahzadə "Spare" adlı xatirə kitabını təqdim edəcək
21 dekabr 2022
# 14:30

Şahzadə Harri "Spare" adlı xatirə kitabını yenidən tanıtmaq üçün böyük bir müsahibə vermək üzrədir. Bu barədə “Mirror” məlumat yayıb .

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, 2023-cü il yanvarın 10-da çıxacağı gözlənilən xatirə kitabının nəşri ərəfəsində Harri onu yeniyetməlik illərindən tanıyan jurnalist Tom Bredbidə müsahibə verəcək. Bundan başqa o, kitabını tanıtmaq üçün həm də flash sorğuda iştirak edəcək, CBS-də canlı yayımda amerikalı jurnalist Anderson Kuperin suallarını cavablandıracaq .

Xatırladaq ki, şahzadənin kitabı 2022-ci ilin payızında çıxmalı idi, lakin Kraliça II Yelizavetanın ölümü ilə əlaqədar onun nəşri təxirə salındı. Saray insayderlərinin sözlərinə görə, kral ailəsinin üzvləri kitabın məzmunundan çox narahatdırlar.

Kitabda şəhzadə uşaqlıq illərindən, anası və valideynlərin boşanmasından, həmçinin atası, qardaşı və ögey anası ilə münasibətlərindən bəhs edərək xatirələrini bölüşüb.

# 918 dəfə oxunub

Müəllifin son yazıları

# # #