Anqolanın paytaxtı Luanda şəhərində “Ngola Symphony” Musiqi Festivalı təşkil olunub.
Kulis.az xəbər verir ki, festival Anqolanın tanınmış mədəniyyət mərkəzi Palacio De Ferroda baş tutub.
Festivalın açılış mərasimində Azərbaycanı Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edib.
Qeyd edək ki, festivalda 10-dan çox şəhərdən 1000 sənətçi çıxış edib.