Qənirə Paşayevaya heykəl qoyulacaq - Foto

Qənirə Paşayevaya heykəl qoyulacaq - Foto
2 oktyabr 2023
# 10:39

Türkiyədə Qənirə Paşayevanın adını ədəbiləşdirmək məqsədi ilə heykəli qoyulacaq.

Kulis.az news24.az-a istinadən xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Ərzurum İnkişaf Vəqfinin sədri Erdal Güzel heykəlin Ərzurumda qoyulmasını təklif edib:

“21-ci əsrdə türk dünyasının Tomrisi olaraq qəbul edilən, özünü türk dünyasının istiqlaliyyəti, firavanlığı və qardaşlığına həsr etmiş Qənirə Paşayevanın adının Ərzurumda əbədiləşdirilməsi mühüm bir sədaqət əlaməti olacaq. İki dövlət, bir millət məfhumunun tərənnüm olunmasında mühüm işlər görən, ömrünü türk dünyasına xidmətə sərf edən Qənirə Paşayevaya Allahdan rəhmət diləyirik. Onun xatirəsi türk dünyasında daim yaşayacaqdır".

# 1884 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #