Bakı şəhərində reklam dili ilə bağlı ciddi problemlər var.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri millət vəkili Qənirə Paşayeva deyib.
"Bununla bağlı qanun da var, lakin qanunu həyata keçirənlər qanuna əməl etmirlər. Reklam lövhələrində, iaşə obyektlərinin adlarında Azərbaycan dilinə hörmətlə bağlı ciddi problemlər baş alıb gedir. Bununla bağlı əlaqədar qurumlar hara baxırlar?" - Qənirə Paşayeva deyib.
- Prezident Anara məktub göndərib – MƏTN
- 6 il həbsdə oldu, atası onu oğulluqdan çıxardı, özünə qəsd etdi - Bu gün vəfat edən Emil Rəhmanoğlu haqqında
- Nebahat Çehrenin səhhəti ilə bağlı son açıqlama
Deputat Azərbaycan dilinin tədrisi ilə bağlı məktəblərdə yanaşmanın dəyişməli olduğunu vurğulayıb.
"Azərbaycan dili məktəblərdə formal olaraq keçirilir. Azərbaycan dilinin tədrisi ilə bağlı ciddi yanaşmalar olmalıdır".
Qənirə Paşayeva "rus məktəblərində Azərbaycan məktəblərindən yaxşı təhsil verilir" mifini dağıtmağın vaxtının çoxdan çatdğını əlavə edib.