“Qarınqulu ayı balası” pyesi səhnələşdirildi

“Qarınqulu ayı balası” pyesi səhnələşdirildi
3 fevral 2023
# 10:50

Uşaq yazarı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında Gürcüstanın “BEEZ” Uşaq Teatrında eyniadlı tamaşa hazırlanıb.

Kulis.az xəbər verir ki, tamaşanın rejissoru teatrın qurucusu və bədii rəhbəri Binəli İslamoğludur.
Teatrdan verilən məlumata görə, qeyd olunan səhnə əsəri balaca aktyorların ifasında hazırlanıb və əsərin başlıca ideyası sevimli heyvanların dili ilə uşaqlara düz danışmağı, dostluğu təbliğ eləmək, eləcə də, əyləncəli şəkildə balacalarda həkimə, iynəyə qarşı olan qorxu hissini götürməkdir.

Sözügedən tamaşanın yaxın vaxtlarda Gürcüstanın Qardabani rayonunda premyerası olacaq. Daha sonra tamaşa qastrol çərçivəsində qardaş ölkənin digər rayonlarında da nümayış etdiriləcək. Tamaşanın Azərbaycanda da nümayişi nəzərdə tutulub.


# 1417 dəfə oxunub

Müəllifin son yazıları

# # #