“Polat Alemdar”ın sərvəti...

“Polat Alemdar”ın sərvəti...
1 avqust 2023
# 11:50

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında Polat Alemdar obrazını canlandıran Necati Şaşmazın sərvəti məlum olub.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, onun 18 evinin olduğu bildirilib.

Orta hesabla bir evinin dəyəri 2 milyon 600 min dollardır.

Aktyorun qardaşı Raci Şaşmaz ilə birlikdə Gerede şəhərində ferması da var.

Necati Şaşmaz davamlı olaraq bu sahəyə investisiya edir. Bundan əvvəl isə o, sözügedən rayonda ağac fabriki açmışdı.

# 1967 dəfə oxunub

Müəllifin son yazıları

# # #