Özdemir Asaf xatirə albomu ilə anılacaq

Özdemir Asaf  xatirə albomu ilə anılacaq
12 sentyabr 2023
# 15:16

Türkiyəli şair və yazıçı Özdemir Asaf 100 illik yubileyində xatirə albomu ilə anılacaq.

Kulis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Pasaj Music'in istehsal etdiyi albomda bir çox musiqiçi Asafın şeirlərinə bəstələnmiş mahnıları ifa edəcək.

Albom sentyabrın 15-də təqdim olunacaq.

Qeyd edək ki, Özdemir Asaf "Laviniya", "Çiçək simfoniyası", "Məndən sonra xoşbəxtlik"və "Yalnızlıq paylaşılmaz" kimi bir çox məşhur əsərlər yazıb.

# 769 dəfə oxunub

Müəllifin son yazıları

# # #