Netflix tarixinin ən bahalı serialı gəlir

Netflix tarixinin  ən bahalı serialı gəlir
28 iyun 2023
# 11:53

Streaming xidməti Netflix tarixinin ən bahalı serialını yayımlamağı planlaşdırır.

Kulis.az xəbər verir ki, bu barədə "Kp.ru" məlumat yayıb.

Nəşrin məlumatına görə, yaxın zamanda yayımlanacaq “One Piece” adlı layihənin bir seriyasının dəyəri 18 milyon dollar olmaqla tarixin ən yüksək büdcəli layihəsi ola bilər.

Beləliklə, layihənin 10 seriyası 180 milyon dollar və ya 1,5 milyard rubla başa gələcək.

Süjet quldurların kralı olmaq istəyən Meymun D Luffy adlı gəncdən bəhs edir.

Qeyd edək ki, bundan əvvəl Netflix 31 avqustda yayımlanması planlaşdırılan serialın ilk tizerini yayımlamışdı.

# 742 dəfə oxunub

Müəllifin son yazıları

# # #