Nəriman Həsənzadə əməliyyat olundu

Nəriman Həsənzadə əməliyyat olundu
6 iyun 2023
# 18:50

Xalq şairi Nəriman Həsənzadə əməliyyat olunub.

Kulis.az xəbər verir ki, bu barədə şairin özü açıqlama verib. O bildirib ki, 1 həftə əvvəl gözündəki problem aradan qaldırılıb:

"Hazırda Bakıdayam. Gözüm 2 il yarım idi ki, tor kimi görürdü. Görmə qabiliyyətim zəifləmişdi. Sonra yaxşı bir həkimlə qarşılaşdım. Əməliyyatı elə icra etdi ki, heç ruhum da incimədi".

O, səhhətində yaranan problemə baxmayaraq, fəaliyyətini davam etdirdiyini söyləyib:

"Ədəbiyyat" qəzetində səhifə-səhifə yazılar, şeirlər, poemalarım dərc olunur".

Sherg.az

# 1572 dəfə oxunub

Müəllifin son yazıları

# # #