Müğənninin vəfatından sonra matəm elan edildi

Rita Li

Rita Li

10 may 2023
# 11:00

Müğənni Rita Linin vəfatı ilə əlaqədar Braziliyada üç günlük matəm elan eolunub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Braziliya hakimiyyəti məşhur rok müğənnisi Rita Linin vəfatı ilə əlaqədar üç günlük matəm elan edib.

Qeyd edək ki, 2021-ci ildə Rita Liyə ağciyər xərçəngi diaqnozu qoyulub. O, bazar ertəsi axşam Sao Paulodakı evində vəfat edib.

Xatırladaq ki, Rita Li 1960-1970-ci illərdə Arnaldo Baptista və Serxio Diaz ilə birlikdə qurduğu Os Mutantes ("Mutantlar") qrupu sayəsində şöhrət qazanıb. 2001-ci ildə müğənni "3001" adlandırılan "Portuqal dilində ən yaxşı rok albomu" üzrə Latin Grammy mükafatının laureatı olub.

# 726 dəfə oxunub

Müəllifin son yazıları

# # #