Milli Teatrda “Əsrə bərabər gün” tamaşasının məşqlərinə başlanıldı

Milli Teatrda “Əsrə bərabər gün” tamaşasının  məşqlərinə başlanıldı
4 noyabr 2023
# 13:27

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin – “Əsrə bərabər gün” tamaşasının məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru və səhnə üçün işləyəni Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (Yedigey) Laləzar Mustafayeva (Ukubala), Cəfər Namiq Kamal (Müfəttiş), Bəsti Cəfərova (Nayman Ana), Rafiq Əzimov (Nayman tayfa başçısı), Əli Nur (Tansıkbayev-müstəntiq), Kazım Abdullayev (Konvensiya), Sabir Məmmədov (Mühəndis), Ramiz Məlik (Meşədöşlü), əməkdar artistlər Abbas Qəhrəmanov (Qazanqap), Anar Heybətov (Sabitcan), Elşən Rüstəmov (Abutalıb), Vəfa Rzayeva (Zərifə), Ayşad Məmmədov (Ədilbəy), Elxan Quliyev (Əbilov), Mirzə Ağabəyli (Cumaəli), Rövşən Kərimduxt (Juanjuan tayfa başçısı və Kospan), Rəşad Bəxtiyarov (Juanjuan), Məzahir Cəlilov (Qəbilə sakini), Kazım Həsənquliyev (Yolçu qonaq), Əlvida Cəfərov (Qəbilə sakini), Aslan Şirin (Osman və şagird), Əminə Babayeva (Bikə), Elşən Cəbrayılov (Baş mühəndis və hərbçi), Mətləb Abdullayev (Hərbçi), Elnar Qarayev (Kosmonavt), Almaz Amanova (Baş nəzarətçi), Cavidan Novruzov (Tansıkbayev), Şəhla Əliqızı (Ayzadə), İlyas Əhmədov (Ayzadənin əri), Rüstəm Rüstəmov (Qalibbəy), Vüsal Mustafayev, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov (Manqurtlar, əsgərlər və şagird), Cümşüd Zeynalov (Yolçu qonaq və trofim), Dilarə Nəzərova, Ləman İmanova, Firuzə Balayeva, (Naymanlar - qadınlar), Ramin Şıxəliyev (Maşinist və şagird), Elnur Qədirov (Konsmonavt), Elçin Əfəndi (Mühəndis), Rada Nəsibova, Afət Məmmədova (Paritet astronavtlar), Nəzrin Abdullayeva (Meşədöşlü), Aylin Həşimova (Şərafət) və Dəniz İmanlı (Səulə) iştirak edəcək.

Yeni yaradıcılıq işinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Səhnə əsərinin bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Plastik həll Ceyhun Dadaşova, qrafika və montaj işi Tərlan Əsgərli və Ruslan Kərimova məxsusdur.

Tamaşanın rejissor assistentləri Dilbər İsmayılova, Xanım Həsənova, Könül Kərimova, Vüqar Məmmədov və Nərmin Həsənovadır.

Qeyd edək ki, “Əsrə bərabər gün” tamaşası insanla yaradan arasındakı bağın mütləqliyi, yaradanın kamil insan gözləyişi konsepsiyası üzərində qurulub. Əcdadlarımızdan yaradana qədər gedən yol insan yaddaşından başlayır. Tarixi yaddaşı korlanmış, hafizəsini itirmiş xalq məhvə məhkumdur. Manqurtlaşmaq etnik təhlükənin son və sos siqnalıdır. Bu, həm də bəşəriyyətin iflasıdır.

Tamaşa Azərbaycan teatr tarixində yeni və ilk səhnə mühəndisliyi, rəssam işi, bədii tərtibatı ilə yadda qalacaq.

Tamaşanın premyerasının dekabr ayında olacağı planlaşdırılır.

# 913 dəfə oxunub

Müəllifin son yazıları

# # #