Milli Teatr Günü münasibətilə telemarafon keçiriləcək

Milli Teatr Günü münasibətilə telemarafon keçiriləcək
10 mart 2023
# 10:30

10 mart – Milli Teatr Günü münasibətilə yerli televiziya kanallarının iştirakı ilə telemarafon keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki nazirliyin təşəbbüsü ilə keçirilən telemarafonla gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək.

# 1027 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #